Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBölmə: Sosial
Bu axşam saat 22:00-dan etibarən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti (Yusif Səfərov küçəsindən “Ağ şəhər”in qarşısınadək və geriyə) və Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əliyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Xalqinfo.az xəbər verir ki “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, bu tədbir Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra olunacaq. “Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. “Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir”, - deyə məlumatda qeyd edilib. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|