» » Bakının bir neçə prospektində avtomobil yolları bağlanacaq

Bakının bir neçə prospektində avtomobil yolları bağlanacaq

Bölmə: Xəbər, Sosial
Bakının bir neçə prospektində avtomobil yolları bağlanacaq
Bu gün axşam saatlarına qədər Bakının Nizami rayonunda, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Xalqinfo.az xəbər verir ki, “Azəravtoyol” ASC-dən daxil olan məlumata görə, buna səbəb avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işlərinin davam etdirilməsidir.

“Bu gün axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər isə rənglənmə işləri paytaxtın Nərimanov və Xətai rayonlarında, “Ramstore” yol qovşağında (10-cu zavod dairəsi) aparılacaq. Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalacaq. “Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir”, - deyə məlumatda qeyd edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler