Nəsimidə Heydər Əliyevin xatirəsinə ehsan verilib - FotolarBölmə: Sosial
![]() Nəsimi rayon ictimaiyyətinin, ağsaqqalların, ziyalıların,qarabağ əlilləri, şəhid ailələri, Çernobıl faciəsi və Qarabağ müharibəsi veteranlarının, rayonun dini icmalarının rəhbərlərinin iştirakı ilə Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi verilib. "Xalqİnfo" xəbər verir ki, bu barədə Mia.az-a Nəsimi rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın Ümümmilli Lideri Heydər Əliyev ideyalarının əbədi yaşayacağını, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin dövlətçiliyin daha da möhkəmlənməsi, ölkəmizin və xalqımızın tərəqqisi, birliyi naminə həyata keçirdiyi ardıcıl tədbirləri qeyd etmiş, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması sahəsində Heydər Əliyev Fondunun misilsiz fəaliyyətini xüsusi ilə vurğulayıb. Natiq bildirib ki, adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi, müdrikliyi əməli fəaliyyəti ilə təsdiqlənən dahilərdən biri və birincisidir. Öndərlərə xas qətiyyətini, ən çətin məqamda xalqını arxasınca aparmaq qabiliyyətinə malik olduğunu ölkəyə rəhbərliyinin hər iki mərhələsində təsdiqləyən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqının övladına məhəbbətinin parlaq ifadəsidir.Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş və bununla da tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Tədbirdə Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, "Azintur” SC-nin Sədri Aydın Heydərov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın Ümümmilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edilərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyulduğu bildirilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdən olmuşdur. Dindarlar Ulu Öndərin əziz xatirəsini dualarla yad etmişlər. Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə ərzaq payları təqdim edilmişdir. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
10.05.23 05:37 | Sabunçuda binada partlayış baş verdi: ölən var
10.05.23 01:02 | Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür
09.05.23 16:27 | Vaqif Əsədovun doğum günüdür
09.05.23 15:07 | İmran Xan həbs olundu
08.05.23 19:34 | Rəsmi Bakıdan Aqşinin ermənilər tərəfindən həbsinə - Reaksiya
08.05.23 19:30 | Ukrayna Baxmutun bir hissəsini azad etdi
08.05.23 18:56 | “Rusiyaya məxsus 35 PUA-nı vurduq”
08.05.23 18:54 | Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
08.05.23 18:51 | Prezidentin əfv etdiyi Əli Əliyev azadlıqda
08.05.23 18:48 | Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir - Türkiyəli deputat
08.05.23 18:44 | Əfv Sərəncamının icrası başa çatdı
08.05.23 18:41 | Ermənistanda əsir götürülən əsgərimizə AĞIR CƏZA VERİLDİ
08.05.23 18:37 | Prezident və xanımı Şuşada
08.05.23 18:35 | Tanınmış həkimi öldürən şəxs həbs edildi
08.05.23 12:02 | Əli Əliyev əfv edildi
|