Ötən ayın media reytinqi açıqlandıBölmə: Sosial
MC&S-in media monitorinq qrupu 01-30 noyabr 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub. “Xalqİnfo” xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1095 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2101 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat (263 məlumat), ali məktəblər arasında BDU (1439 məlumat), OTEL və biznes mərkəzləri arasında Marriott Abşeron Bakı (171 məlumat) irəlidədir. Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib: https://web.facebook.com/MediaConsultingServices/?fref=ts Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|