» » Monitorinqin nəticələri açıqlandı

Monitorinqin nəticələri açıqlandı

Bölmə: İqtisadiyyat
Monitorinqin nəticələri açıqlandı

MC&S-in media monitorinq qrupu 01-31 oktyabr 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Xalqİnfo.az xəbər verir ki, qrupdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1050 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2759 məlumat), sığorta şirkətləri arasında Beynəlxalq Sığorta (260 məlumat), ali məktəblər arasında BDU (1488 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (280 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:
https://web.facebook.com/MediaConsultingServices/


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler