» » Ramana-Maştağa yolu yeniləndi

Ramana-Maştağa yolu yeniləndi

Bölmə: Sosial
Ramana-Maştağa yolu yeniləndi

Bakı şəhəri, Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən aparılan işlər yekunlaşıb.

Xalqİnfo.az xəbər verir ki, qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, yenidən qurulan yol Heydər Əliyev prospekti - Mərdəkan və Zabrat - Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verb.

Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr təşkil edirdi. Tikinti işləri çərçivəsində yolun eni 8.5-10 metrə qədər genişləndirilib. Bura 7-7.5 metr olan iki hərəkət zolağı və hər bir istiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri daxildir.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə22 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin 4 min m2 yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85.6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler