İlham Əliyev Nardaranda küçənin açılışında iştirak edib (FOTOLAR)Bölmə: MANŞET
![]() Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verdi. Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli Sərəncamı ilə əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Uzunluğu 9 kilometr olan bu yolun hərəkət hissəsinin eni əvvəllər 7 metr idi. Yolun asfalt-beton örtüyünün yararsız vəziyyətə düşməsi, səkilərin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişində problemlər yaradırdı. Tikinti işləri zamanı yolun eni 9,5 metrə qədər genişləndirilib. Bundan başqa, yol yatağının deformasiyaya uğramış hissələri bərpa edilib, köhnə asfalt-beton örtüyü yenilənib. Maştağa-Bilgəh avtomobil yolunun kənarlarında 1 və 2 metr enində səkilər tikilib, yeni işıq dirəkləri və yol nişanları qoyulub. Bu yolun yenidən qurulması ilə nəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı dairəvi və Zabrat-Maştağa-Buzovna avtomobil yollarına rahat və maneəsiz çıxışı təmin olunub. Prezident İlham Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi barədə də məlumat verildi. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə ayrılan vəsait hesabına bu küçələrdə tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, yolların genişləndirilərək yenidən qurulması, su, kanalizasiya və rabitə xətlərinin yenilənməsi işləri aparılıb. 2016-cı ilin martında imzalanan Sərəncamla işlərin davam etdirilməsi üçün “Azəravtoyol” ASC-yə əlavə vəsait ayrılıb və küçələrin yenidən qurulması işləri bu qurum tərəfindən yekunlaşdırılıb. Bildirilib ki, 2360 metr uzunluğunda Abşeron küçəsinin yenidənqurmadan əvvəl hərəkət zolaqlarının sayı iki, eni isə orta hesabla 8 metr olub. Küçənin uzun müddət təmir edilməməsi, ensizliyi, hərəkət hissəsinin sıradan çıxması, səkilərin və işıqlandırma sisteminin olmaması nəqliyyatın və piyadaların hərəkətində böyük çətinliklər yaradırdı. Layihəyə əsasən, yolun eni genişləndirilərək dördzolaqlı olmaqla 18 metrə çatdırılıb. Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Abşeron və Nəsrulla Əsgərov küçələrinin kəsişməsində yeni dairə inşa olunub. Nardaran qəsəbəsinin mərkəzindən Rəhimə xanım ziyarətgahına qədər 1050 metr uzunluğunda Nəsrulla Əsgərov küçəsinin eni əvvəllər 6 metr olub. Layihə çərçivəsində yolun eni genişləndirilərək 16 metrə çatdırılıb. İkitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılıb. Hazırda bu küçə 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Burada hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Rəhimə xanım ziyarətgahının qarşısında avtomobillər üçün dayanacaq da yaradılıb. Yüksək keyfiyyətlə aparılan işlər zamanı hər iki küçə boyu yeni hasarlar tikilib, həyətlərə dekorativ giriş qapıları qoyulub, yeni yeraltı qaz, işıq, rabitə, su və kanalizasiya xətləri çəkilib, köhnələri isə tamamilə təzələnib. Azərbaycan Prezidentinə hazırda inşası davam etdirilən Ramana-Maştağa avtomobil yolu ilə bağlı da məlumat verildi. Dövlətimizin başçısının bu ilin martında imzaladığı Sərəncama əsasən, tikintisi “Azəravtoyol” ASC tərəfindən davam etdirilən Ramana-Maştağa yolunun uzunluğu 11 min 500 metrdir. Yolun hazırda eni 6-7 metrdir. Genişləndirildikdən sonra yolun eni 8-9 metrə çatdırılacaq, hərəkət zolaqlarının sayı isə iki olacaq. Təmir işləri zamanı su, qaz, elektrik və rabitə xətləri köçürülüb. Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi. Sonra Prezident İlham Əliyev Nardaran qəsəbəsinin sakinləri ilə görüşdü. Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev Nardaran qəsəbəsindəki Rəhimə xanım ziyarətgahı ilə tanış oldu. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Kainat Şirin Xalqinfo.az |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|