» » Əmək və əhalinin sosial müdafiəsi naziri Tacikistanda

Əmək və əhalinin sosial müdafiəsi naziri Tacikistanda

Bölmə: Sosial, MANŞET
Əmək və əhalinin sosial müdafiəsi naziri TacikistandaTacikistanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu ölkənin Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Xalqinfo.az bildirir ki , nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafından bəhs olunub. K.Rasulzoda ölkələr arasında əməkdaşlıq əlaqələrinin əmək və məşğulluq sahəsində də gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan nümayəndə heyətinin ölkəsinə bu səfərinin, əmək və məşğulluq sahəsində əməkdaşlığa dair imzalanan sazişin müvafiq sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

S.Müslümov Azərbaycan və Tacikistanın ikitərəfli münasibətlərinin inkişafının iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın gücləndirilməsinə də şərait yaratdığını bildirib. O, respublikamızda bu sahələrdə görülən işlərlə bağlı Tacikistanla da fəal və səmərəli təcrübə mübadiləsinin aparılması üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb.

S. Müslümov həmçinin bu ölkənin əmək, miqrasiya və məşğulluq naziri xanım Sumanqul Taqoyzoda ilə də görüşüb. Bu görüşün yekunu olaraq S.Müslümov və S.Taqoyzoda tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Tacikistanda
Əmək və əhalinin sosial müdafiəsi naziri Tacikistanda































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler