» » Naxçıvanın buraxdığı maşına minən ilk nazir

Naxçıvanın buraxdığı maşına minən ilk nazir

Bölmə: BLOK XƏBƏR
Naxçıvanın buraxdığı maşına minən ilk nazir

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb.

Bunu azvision.az-a müsahibəsində Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov deyib.

"Nazirliklərdən çoxlu təkliflər almışıq. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri “NAZ-Lifan” avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb.

Məndə olan məlumata görə, nazir Səlim Müslümov da şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb", - deyə Ə.Rəhimov bildirib.

Nazirin aldığı avtomobilin qiymətini dəqiq deyə biləməyən direktor xatırladıb ki, qiymətlər modifikasiyalara uyğun olaraq dəyişir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler