» » Dünyada qaçqınların sayın

Dünyada qaçqınların sayın rekord həddi

Bölmə: Sosial, BLOK XƏBƏR
Dünyada qaçqınların sayın  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ümumdünya Qaçqınlar Günü münasibətilə yaydığı hesabata görə, 2015-ci ildə dünyada qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanların sayı 65,3 milyon nəfər olub.

Xalqinfo.az Azərtac-a istinadən bildirir ki , hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 milyona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesabatda bildirilir ki, planetimizdə hər 113-cü insan qaçqınlıq həyatı yaşamağa məcburdur və cəmi bir il ərzində qaçqınların sayı 12,4 milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkənin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon nəfər) və Somali (1,1 milyon nəfər).

Türkiyə artıq ikinci ildir ki, ən çox qaçqın qəbul edən ölkələr siyahısında ilk yerdə durur. Bu ölkəyə pənah gətirən qaçqınların sayı 2,5 milyondan artıqdır.

Ekspertlərin rəyincə, “soyuq müharibə” dövründən qalmış və həllini gözləyən münaqişələr, eləcə də son illərdə alovlanan yeni münaqişə ocaqları və vətəndaş müharibələri qaçqınların sayının sürətlə artmasının əsas səbəbləridir.





Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler