» » 45 milyondan artıq

45 milyondan artıq didərgin

Bölmə: Siyasət, Dünya
45 milyondan artıq  BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.

Xalqinfo.az xəbər verir ki, hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var. BMT-nin statistikasına əsasən 2014-cü ilin ortalarında öz evini tərk etməyə məcbur edilmiş köçkünlərin sayı rekord həddə - 46,3 milyon nəfərə çatıb. Qaçqınlıq həyatı yaşayanların sayı durmadan artır. Bu artım əsasən Suriyadan qaynaqlanır. Bu ölkədə yaşanan müharibə nəticəsində ötən ilin sonunda 2,5 milyondan çox insan qaçqın həyatı yaşayır. Ümumilikdə, dünyada qaçqınların sayının artmasının başlıca səbəbi müharibələrdir.

2014-cü il ərzində hər gün qaçqınların, yaşayış yerini dəyişən və ya siyasi sığınacağa ehtiyac duyan şəxslərin sayı 42.5 min nəfər artıb. Bu, 2010-cu illə müqayisədə dörd dəfə çoxdur. Beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar.

Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. İrqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə təqiblərə məruz qalır.

Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırıma məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib.

Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar.

Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Ahıska türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır.

BMT-nin açıqlamasına görə dünyada qaçqınlar əsasən kasıb ölkələrin payına düşür.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu ilin əvvəlinə olan məlumatına görə, 4009 Azərbaycan vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 56-sı uşaq, 327-si qadın, 364-ü qocadır. Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın var.
Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler