» » “Facebook Messenger”də yenilik - SMS funksiyası əlavə edilib

“Facebook Messenger”də yenilik - SMS funksiyası əlavə edilib

Bölmə: Sosial, MANŞET
“Facebook Messenger”də yenilik - SMS funksiyası əlavə edilib“Facebook” şirkəti özünün “Messenger”inə “Android” əməliyyat sistemi ilə işləyən bütün cihazlar üçün SMS qəbulu və göndərilməsi üçün funksiyanı əlavə edib.

Xalqinfo.az İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumatına əsasən bildirir ki, hazırda əlavə beta-rejimdə işləmək üçün istifadəyə verilib və onu “Google Play Market”də yeniləyərək yükləmək mümkündür.

Funksiya sərbəst yükləmədə və tam versiya olaraq istifadəsi mümkün olduqdan sonra “Android” sistemində işləyən smartfon və planşet istifadəçiləri “Facebook” sosial şəbəkəsinin mobil şəbəkəsi vasitəsilə SMS göndərə və qəbul edə biləcəklər.

Xidmətin tərtibatçıları qeyd edir ki, SMS funksiyası cihaz istifadəçisinin ünvan kitabçası ilə avtomatik rejimdə sinxronlaşdırılacaq. Həmçinin məlumat menyusunda iki pəncərə əlavə olunacaq. Bunların hər biri ayrı-ayrılıqda “Messenger”dəıki yazışmalara cavab verəcək.

Qeyd edilir ki, adıçəkilən xidmətin qiyməti, xüsusən də “Facebook” sosial şəbəkəsi vasitəsilə SMS məlumatın göndərilməsi hazırda istifadə olunan abunəçi trafiki ilə qeydə alınacaq.




Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler