» » Facebookda daha bir yenilik

Facebookda daha bir yenilik

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Facebookda daha bir yenilikFacebook sosial şəbəkəsində yeni xidmət işə salınır.

Xalqinfo.az-ın məlumatına görə, özünü yeniləməyə davam edən Facebook-un Messenger tətbiqinə görüntülü danışıq funksiyası əlavə olunacaq.

Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook son texnoloji yeniliyi ilə insanların diqqətini çəkmək niyyətindədir. "Skype"a alternativ olacaq bu tətbiq hələlik yalnız ABŞ, İngiltərə və bir neçə digər ölkədə istifadəyə veriləcək. Amma daha sonra bu tətbiqin bütün Facebook istifadəçilərinin xidmətinə təqdim edilməsi gözlənilir.

Qeyd edək ki, Facebook bir müddət öncə Wi-Fi vasitəsilə pulsuz sesli zəng xidməti təqdim edən yeni bir tətbiqini tanıdıb. "Hello" adındakı yeni tətbiq hazırda yalnız Android sistemində çalışan telefonlarda istifadə olunur. Bu tətbiq vasitəsilə istənilən nömrəni yığıb səsli danışmaq mümkündür.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler