» » “Aralı dur, səndən iy gəlir”-

“Aralı dur, səndən iy gəlir”- İdarə rəisindən su tələb edən sakinə

Bölmə: Sosial, BLOK XƏBƏR
“Aralı dur, səndən iy gəlir”-

Bu gün Zığ kəndinin sakinləri aksiya keçirib. "Xalqinfo" musavat.com-a istinadən xəbər verir ki, kənd sakinlərinin aksiya keçirmələrinin səbəbi 23 ildir şirin suya həsrət qalmalarıdır. İllərdir get-gələ salınan kənd sakinlərinin müraciət etmədiyi qurum qalmayıb.


Kənd sakinləri bu il Avropa Oyunlarından bir neçə gün əvvəl aksiya keçirərək etirazlarını bildirmişdilər. Bundan sonra kəndə su çəkiləcəyi söz verilmişdi. Belə də olub. Bu ilin iyun ayının əvvəlindən kəndə su xətti çəkilib, amma çox az bir hissəsinə. Yeni çəkilən su xətti yarıda dayandırılıb. Sakinlər buna etiraz edərək yenidən kənd mərkəzində toplaşıblar.

Sakinlərlə görüşə gələn "Azərsu" ASC-nin tikinti departamentinin rəisi Səid Salayev, Zığ qəsəbə nümayəndəliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə sakinlər arasında gərginlik yaşanıb. Səbəb Səid Salayevin ayrılan vəsaitin bitdiyini və yenidən vəsait ayrılacağı halda işlərin davam etdiriləcəyini deməsi olub.

Sakinlər illərdir aldadıldıqlarını, verilən vədlərə inanmadıqlarını deyərək etirazlarını bildiriblər.

Səid Salayevin kənd sakinləri ilə danışığı zamanı maraqlı anlar yaşanıb. Etiraz edən sakinlərin qəzəbli olduğunu görən “Azərsu” rəsmisi ilə sakinlər arasında fərqli dialoqlar yaşanıb.

S.Salayev sakinlərdən biri ilə dialoqunda ondan aralı durmasını tələb edib. Səbəb olaraq isə kənd sakinindən iy gəlməsini göstərib.

Başqa bir dialoqda isə S.Salayev kənd sakininə onunla danışarkən siqareti yerə atmasını tələb edib. Kənd sakininin cavabı isə belə olub: “Niyə atmalıyam? Mənə siqaret almısan ki?”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler