» » Azərbaycan Dillər Universitetində "Alman-Azərbaycan emalatxanası" adlı seminar (Fotolar)

Azərbaycan Dillər Universitetində "Alman-Azərbaycan emalatxanası" adlı seminar (Fotolar)

Bölmə: Sosial
Azərbaycan Dillər Universitetində "Alman-Azərbaycan emalatxanası" adlı seminar (Fotolar)Azərbaycan Dillər Universitetinin (ADU Alman oxu zalı və "Goethe İnstitutu"nun birgə təşkilatçılığı ilə bədii ədəbiyyat tərcüməçiləri üçün "Alman-Azərbaycan emalatxanası" adlı dördgünlük seminar keçirilib.

Xalqinfo.az bildirir ki, ADU-dan AZƏRTAC-a vrilən məlumata görə, seminarda universitetin tərcümə fakültəsinin əməkdaşları, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, həmçinin ayrı-ayrı nəşriyyatların nümayəndələri və tərcüməçilər iştirak ediblər.

Tədbirdən əvvəl Berlindən gəlmiş ixtisaslı tərcüməçilər Tomas Brovot və Qurban Ələkbərov seminar haqqında məlumat veriblər.

Dörd gün ərzində səkkiz iştirakçının sərbəst şəkildə seçilmiş mətnləri nəzərdən keçirilib və ayrı-ayrı tərcümə problemlərinin həlli üzərində müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan dilinə bədii ədəbiyyat tərcümələri zamanı meydana çıxan köklü problemlərdən söhbət açılıb.

Sonda tərcüməçilərə sertifikatlar təqdim olunub.
Kainat Şirin

Azərbaycan Dillər Universitetində "Alman-Azərbaycan emalatxanası" adlı seminar (Fotolar)
Azərbaycan Dillər Universitetində "Alman-Azərbaycan emalatxanası" adlı seminar (Fotolar)


































Mənbə
AZƏRTAC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler