» » Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib

Bölmə: Sosial
Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edibSəbail rayonu 29 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb.


Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, təmsil etdiyi dairədə yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib.

Seçicilərinin problemlərini və təkliflərini dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Deputat F.Muradov seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler