Fuad Muradov: "Kənd təsərrüfatının inkişafı ilə bağlı rəqəmlər reallığa çevrilsin"

Bölmə: Siyasət
Fuad Muradov:"Xalqinfo.az" modern.az saytına istinadən bildirir ki, Millət vəkili Fuad Muradov 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı gənclərin problemlərinə toxunub.

F. Muradov qeyd edib ki, gənclər kütləvi şəkildə rayonlardan Bakıya gəlir: ”Biz kənd təsərrüfatının inkişafından danışarkən insanların torpağa bağlılığını artırmaq üşün müəyyən stimullaşdırıcı işlər görməliyik. O baxımdan mən istərdim ki, kənd təsərrüfatının inkişafı ilə bağlı rəqəmlər reallığa da çevrilsin. Bu məsələdə ciddi addımlar atıla bilər. Əslində dövlət büdcəsində bunun üçün lazımi vəsait ayrılıb”.
Eyni zamanda deputat həri iki valideynini itirmiş uşaqlara xüsusi yanaşmanın olmasını da vurğulayıb: “Bilirsiniz ki, Xocalıda hər iki valideynini itirmiş 25 uşaq var. Heydər Əliyev Fondu tərəfindən "Xocalıya ədalət” kampaniyası çərçivəsində onlara yardım edilir. Amma kompleks şəklində onlara yardım etmək üçün büdcədə bu məsələyə diqqət yetirilməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler