» » Bakı-Tiflis-Qars layihəsinin tikintisinin dayandırılması ilə bağlı

Bakı-Tiflis-Qars layihəsinin tikintisinin dayandırılması ilə bağlı AÇIQLAMA

Bölmə: Sosial
Bakı-Tiflis-Qars layihəsinin tikintisinin dayandırılması ilə bağlı Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tikintisində iqlim dəyişikliklərinə görə müvəqqəti olaraq müəyyən işlər dayandırılıb

Bunu apa-ya açıqlamasında "Azəryolservis" ASC-nin Gürcüstan filialının direktoru Qurban Piriyev bildirib.

“Gürcüstanın Axalkalaki hissəsinə, eləcə də Türkiyəyə güclü qar yağıb. Kartsaxi stansiyasında işlərimiz dayanıb, Axalkalaki stansiyasında isə binadaxili işlərimiz gedir, transformatorların quraşdırılması işlərini görürük. Biz hələlik layihəyə uyğun nə mümkündürsə, işlərimizi həyata keçiririk. Güclü qarın yağmasına görə çöl işlərimiz dayanıb”, - deyə Q. Piriyev bildirib.

Filial direktorunun sözlərinə görə, Türkiyə ərazisində inşa olunan tunellərdə də işlər sürətlə gedir: "Məndə layihənin Türkiyə tərəfində işlərin necə getdiyi barədə dəqiq informasiya yoxdur. Lakin bilirəm ki, indi orada tikilən tunellərdə işlər sürətlə gedir. Türklər öz işlərini ilin axırına kimi başa çatdıracaqlar. Bizim üçün əsas odur ki, layihənin Gürcüstan hissəsində biz öz işlərimizi görmüşük və sınaq qatarı artıq sərhəddə dayanıb", - deyə o bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler