"Mehriban xanım Muğamı diriltdi". Ehtiram HüseynovBölmə: SÖHBƏT, BLOK XƏBƏR
Muğam ifaçısı Ehtiram Hüseynovun "Xalqinfo"-ya müsahibəsi. Sənətə gəlişiniz haqqında izləyicilərə məlumat verərdiniz? İlk dəfə "Bənövşə" uşaq xorunda başlamışam, sonra Ağdamda Xan Şuşuniski adına muğam məktəbini bitirmişəm.Ondan sonra Asəf Zeynallı adına musiqi kollecini bitirib, Milli Konsertvatoriyanı bitirmişəm.Hal - hazırda Milli Konservatoriyada II-ci kursda magistr təhsil alıram. Hələ oxuya-oxuya gedirəm. Hal-hazırda işləriniz necə gedir? Azərbaycan Dövlət Televizyasının salistiyəm, Müslim Maqamayev adına Dövlət Flarmoniyasında salistiyəm,bundan əvvəl dörd il muğam teatrında çalışmışam, hazırda Bakı Humanitar Kollecində və Laçın rayon Musiqi məktəbində dərs deyirəm. Muğam Müsabiqəsində nailiyyətiniz barədə danışardız? Əsas nailliyyətimiz muğam ağır bir sənnətdir. Muğam sənətində öz layiqli yerini tutmaq üçün gərək yaxşı səs imkanlarına malik olasan. yaxşı olar gənc xanəndələr muğam ustadlarını yaddan çıxartmasınlar.Misal üçün deyə bilərəm Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Seyid Şuşunski, Xan Şuşunski, Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Mənsum İbrahimov və s xanəndə sənətkarlarımız bunları yaxşı tanısınlar. Özlərinə layiqli yol seçsinlər... Muğamın 7 növü var ki, hər zaman oxunulur, xalq tərəfindən bəyənilır, lirika ilə məşğul olan müğənnilər bir mahnı oxuyurlar, o da bir ildən sonra yaddan çıxır. Muğam ifaçılarını xalqa sevdirən cəhətlər nədir? Muğam özü bir dəryadır, xalqın milli dəyərlərini ifadə edir. Sənətinizdə nə kimi yenilliklər var? Laçının ildönümü ilə bağlı layihə üzərində işlər gedir. Bu haqda məlumat verməyəcəm,inşallah reallaşandan sonra biləcəksiniz. Ehtiram Hüseynov Muğam ifaçlıarı arasında özünü necə görür? Mən bu suala cavab verməyim yaxşı hal deyil, muğamsevərlər desələr daha yaxşı olar. Laçın işğaldan azad olsa Ehtiram Hüseynov bir muğam ifaçısı kimi hansı xalq mahnısını ifa edər? Allah o günü bizə qismət eləsin yəqin ki, dağlara aid bir mahnını ürəkdən ağlayaraq ifa edərəm. Muğamsevərlərin dediyinə görə yaddaşlarda "Sarı gəlin" mahnısını yaxşı ifa etmişəm, deyilənə görə bu mahnı məni muğamsevərlərin yaddaşında saxlayıb. Hansı mahnılar üzərində işləyirsiniz? İki təsnif üzərində işləyirəm biri görkəmli muğam ustadlarından olan Əlibaba Məmmədova aiddir. Muğam ifaçıları arasında rəqabətə necə baxırsınız? Musiqinin bütün növlərində olduğu kimi muğam sənətində də bir rəqabət mövcuddur. Ancaq sağlam rəqabət aparırıq. Gənclərin muğama münasibəti sizi bir muğam ifaçısı kimi qane edirmi? Bəli gənclərin muğama marağı çoxalıb.Bilirsiniz ki, muğam bir aralar iflas dövrünü yaşayırdı, çox hörmətli Mehriban xanım Əliyevanın mədəniyyətimizə, muğamımıza diqqət və qayğısı nəticəsində muğamımız yenidən dirçəldi. Mehriban xanımın diqqəti biz ifaçılarda ruh yüksəkliyi yaradır. xalqinfo.az olaraq Laçında görüşüənədək deyirik! Zamin |
|