Prezident Milli Ensiklopediya Mərkəzinin açılışında iştirak edibMayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. Dövlətimizin başçısı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevin 2012-ci il iyulun 25-də imzaladığı Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi üçün ilkin olaraq beş milyon manat vəsait ayrılmışdı. Akademiya şəhərciyinin ərazisində inşa edilmiş beşmərtəbəli binada hər cür şərait yaradılmışdır. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü ucaldılmışdır. Azərbaycan Prezidenti binada yaradılmış şəraitlə tanış oldu. Dövlətimizin başçısına Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" xüsusi cildi barədə məlumat verildi. Bildirildi ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə 14 bölmədə 155 məqalə toplanmışdır. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dilində işıq üzü görmüşdür. Hazırda "Azərbaycan" cildinin ingilis dili versiyası üzərində iş görülür. Sonra Prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan "Azərbaycan Muğam Ensiklopediyası", 847-ci ildə hazırlanmış dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunmuş kitabları təqdim edildi. Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verdi. Publika.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|