» » “3 gün də gözləyək” -

“3 gün də gözləyək” - Tural Abbaslı

Bölmə: Siyasət
“3 gün də gözləyək” - “Arif Hacılı ilə görüşdə partiyada yaranan vəziyyəti müzakirə etdik”.

Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında Tural Abbaslı Müsavat partiyasının başqanı Arif Hacılı ilə noyabrın 24-də baş tutan görüşünə münasibət bildirərkən deyib.

O bildirib ki, görüşdə partiyanın bu günkü durumu, çıxış yolları və qarşıda duran hədəflər əsas müzakirə mövzusu olub.

“Görüş zamanı Müsavat başqanı ilə razılaşmadığınız məqamlar və fikir fərqliliyi oldumu?” sualına Tural Abbaslının cavabı belə olub: “Arif bəy son hadisələr barədə öz fikirlərini və yanaşmasını ortaya qoydu. Həmçinin, mən də bütün məsələlər barədə fikirlərimi, arqumentlərimi onun diqqətinə çatdırdım. Düşünürəm ki, razılaşmanın olub-olmamasından daha vacib məsələ dialoq yolu ilə konsensus axtarışlarına start verilməsi idi. İnanmaq istəyirəm ki, bu görüşün partiyadaxili məsələlərə müsbət təsiri olacaq. Odur ki, hələ 2-3 gün gözləməyin tərəfdarıyam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler