» » “Müsavat AXCP ilə əməkdaşlıq etməyə məcburdur”

“Müsavat AXCP ilə əməkdaşlıq etməyə məcburdur”

Bölmə: Siyasət
“Müsavat AXCP ilə əməkdaşlıq etməyə məcburdur”
“İstənilən halda Müsavat AXCP ilə, AXCP də Müsavatla əməkdaşlıq etməyə məcburdurlar”.


“Xalqinfo” xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Tural Abbaslı deyib.

O bildirib ki, Müsavat partiyası həmişə digər müxalifət partiyaları ilə birgə fəaliyyətin tərəfdarı olub və bunu zaman-zaman qurulan blok, birlik və koalisiyalarda sübut edib: “Bunu ən azından ictimai fikir və xalq tələb edir. Nəzərə alsaq ki, bu gün müxalifət partiyalarının fəaliyyət göstərilməsinə əngəllər törədilir, o zaman belə əməkdaşlığın və birliklərin önəmi özünü daha bariz gösrərir. Bu sahədə biz də əlimizdən gələni etməyə hazırıq”.

Qeyd edək ki, Müsavat partiyasının başqanı Arif Hacılı dünən keçirdiyi mətbuat konfransında yaxın vaxtlarda müxalif siyasi təşkilatlarla, o cümlədən AXCP ilə də müttəfiqlik istiqamətində addımlar atmaq niyyətində olduğunu deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler