AXCP özünün Rəyasət Heyəti üzvünü müdafiə etmədiBölmə: Siyasət
Bugünlərdə ölkənin tanınmış vəkillərindən biri, MSK-nın və AXCP Rəyasət Heyətinin keçmiş üzvü Mənsum Bayramovun həbsi haqda məlumat yayıldı. AXCP Mətbuat Xidməti bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, M.Bayramov xeyli müddət idi partiya rəhbəriliyindən və ümumiyyətlə siyasətdən səssiz-küysüz çəkilmişdi. Ona görə də partiya rəhbərliyi onunla bağlı nə baş verdiyini hələ tam aydınlaşdıra bilməyib. Mənsum Bayramova qarşı irəli sürülən ittihamların mahiyyəti və həmin ittihamlara onun özünün münasibəti hələ ki AXCP rəhbərliyinə məlum deyil. Buna görə də partiya baş vermiş hadisəyə siyasi qiymət vermir. Lakin onu da istisna etmir ki, Mənsum Bayramov siyasətdən çəkilsə də, hökumət onun MSK üzvü olarkən saxta seçki protokollarını imzalamadığını unutmayıb. Açıqlamanın sonunda partiyanın hadisəni diqqətdə saxlayacağı qeyd olunur.musavat.com |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|