» » Əli Kərimli AXCP-nin proqramını dəyişir

Əli Kərimli AXCP-nin proqramını dəyişir

Bölmə: Xəbər
Əli Kərimli AXCP-nin proqramını dəyişir
Azərbaycan Xalq Cəbhəsi Partiyası proqramını dəyişir. Yeni proqramı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hazırlayır.

O, “Media forum” saytına açıqlamasında deyib ki, partiyanın yeni proqramı noyabra təyin olunan VI (IX) qurultayda müzakirəyə çıxarılacaq: “Qurultaya qədər isə layihəyə partiyanın seçkili orqanlarında, rayon və şəhər təşkilatlarında baxılacaq”.

Fuad Qəhrəmanlının sözlərinə görə, AXCP-nin hazırkı proqramı 1989-cu ildə qəbul olunub və sonrakı illərdə qismən dəyişib: “Proqramda olan bəzi məsələlər əhəmiyyətini itirib, müasir dövrün çağırış və tələblərinə cavab vermir, vaxtı keçib və dəyişməlidir.

Eyni zamanda yeni dövrün bir çox məsələləri, cəmiyyətin qarşısında duran problemlər proqramda yoxdur və əlavə edilməsinə, yeni yanaşmaların ortaya qoyulmasına ciddi ehtiyac var. Bütün bunların sistemli şəkildə, proqram formasında hazırlanması zəruridir.

Xalq Cəbhəsi hakimiyyətə iddialı partiyadır və cəmiyyəti maraqlandıran, narahat edən məsələlərə yanaşmasını ictimaiyyətə təqdim etməlidir. Ona görə də yeni proqram hazırlıyırıq”.

AXCP sədrinin müavini bildirib ki, proqrama dövlət idarəçiliyi, dövlət-vətəndaş münasibətləri, hakimiyyət bölgüsü, hüquq siyasəti və islahatlar, partiyanın sosial siyasəti, təhsil, səhiyyə sahəsində aparılacaq islahatlar, gənclər siyasəti, Dağlıq Qarabağ münaqişəsi, ordu quruculuğu, xarici siyasət, iqtisadiyyat, biznes və özəl sektorla bağlı yeni müddəalar əlavə olunacaq: “Nizamnaməyə əsasən, AXCP sağ mərkəzçi partiyadır. Amma indi sosial dövlət zərurəti yaranıb, konstitusiyaya da bununla bağlı maddə əlavə olunub. Ona görə də biz sağ mərkəzçi partiya olaraq sosial dövləti öz proqramımıza daxil etməyin yollarını tapmalıyıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler