Mehriban Əliyevanın deputat fəaliyyətinə nə vaxt xitam veriləcək? - MSK sədrindən açıqlamaMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin olunmasına münasibət bildirib. Xalqinfo.az xəbər verir ki, sədr unikal.org-a açıqlamasında bu qərarı yüksək qiymətləndirdiyini deyib: "Olduqca sevindirici, unikal haldır. Cənab prezident tərəfindən Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident olması ilə bağlı qərarı uğurlu təyinatdır. Bu sərəncam hər birimizi çox sevindirdi. Mehriban xanıma fəaliyyətində uğurlar arzulayırıq”. MSK sədri Mehriban xanım Əliyevanın mandatı ilə bağlı məsələyə də toxunub: "Burada heç bir problem görmürəm. Mehriban xanımın özü bununla bağlı müraciət etməlidir. Onun adından müraciət daxil olan kimi bu məsələyə baxacağıq”. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|