Nazir bu hakimləri cəzalandırdı - Adlar +FotolarQanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə bir neçə hakim cəzalandırılıb. "Xalqinfo" xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirdiyi geniş iclasında deyilib. Bildirilib ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınmış, Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilmiş, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub. Qeyd edək ki, iclasda şura sədri, Ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib. Mahir Niftəliyev Səyyad Qafari Lətifə Məmmədova İsmayıl Vəliyev Anar Alməmmədov Ülvi Qənbərov Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|