» » “Bir neçə ayda bu kəndi yerlə-yeksan etdilər” - İlham Əliyev

“Bir neçə ayda bu kəndi yerlə-yeksan etdilər” - İlham Əliyev

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Bir neçə ayda bu kəndi yerlə-yeksan etdilər” - İlham Əliyev

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı imzaladığı Sərəncam barədə danışıb.

Xalqinfo” xəbər verir ki, dövlət başçısı deyib ki, bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə öz sakinlərini qaytarırıq. Prezident Cocuq Mərcanlı kəndinin sakinlərinin bu qərara çox böyük həvəslə, böyük maraqla yanaşmasından şad olduğunu söyləyib, onların səbirsizliklə həmin günü gözlədiklərinə əmin olduğunu bildirib.

“Əminəm ki, biz qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq. İndi orada minalardan təmizləmə işləri aparılır. Televiziyada da o kəndin görüntüləri göstərilir. Bu kənd bir neçə ay işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilib. İşğalçılar, düşmənlər o kənddən qovulublar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan etdilər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, ondan sonra infrastruktur layihələri icra edilməlidir. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini oraya göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir”, - deyə dövlət başçısı vurğulayıb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler