» » “Bütün torpaqlarımız işğaldan azad olunacaq” -

“Bütün torpaqlarımız işğaldan azad olunacaq” - Ziyafət Əsgərov

Bölmə: Siyasət
“Bütün torpaqlarımız işğaldan azad olunacaq” -

“Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi bunun bariz bir nümunəsidir”.

Xalqinfo” xəbər verir ki, bunu Trend-ə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında dövlət başçısı tərəfindən sərəncamın verilməsi alqışlanmalıdır:

“Bunu bütün Azərbaycanın qələbəsi kimi dəyərləndirirəm. İnanıram ki, bütün torpaqlarımız işğaldan azad olunacaq. Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq. İşğal olunmuş ərazilər azad olunduqdan sonra bu quruculuq işləri davam etdiriləcək”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler