» » Minsk qrupunun fransalı həmsədri Edvard Nalbandyanla görüşüb

Minsk qrupunun fransalı həmsədri Edvard Nalbandyanla görüşüb

Bölmə: Siyasət
Minsk qrupunun fransalı həmsədri Edvard Nalbandyanla görüşüb

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş fransalı həmsədri Stefan Viskonti Ermənistanda xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

"Xalqİnfo"-nun “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

Xatırladaq ki, Stefan Viskonti 2 gün öncə Azərbaycanda olub və Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Stefan Viskonti oktyabrın ortalarında ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin olunaraq bu vəzifədə Pyer Andryunu əvəz edib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler