Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəkBölmə: Xəbər
Ceyms Uorlik Twitter hesabında görüş barəsində məlumat verib Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb. Xalqinfo.az-ın anspress-ə istinadən məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında görüş barəsində məlumat verib: "İsveçrənin Bazel şəhərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşəcəklər. Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması ilə bağlı müzakirələr aparacaqlar", - deyə həmsədr qeyd edib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının İsveçrənin Bazel şəhərində keçirilən 21-ci iclasında iştirak edir. Elmar Məmmədyarovun iclasda çıxışı, bir sıra ikitərəfli görüşləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|