» » Sərkisyanın ardınca Nalbəndyan da görüşdən imtina edir:

Sərkisyanın ardınca Nalbəndyan da görüşdən imtina edir: “Görüşdük, nə oldu?”

Bölmə: Siyasət
Sərkisyanın ardınca Nalbəndyan da görüşdən imtina edir:

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ATƏT xarici işlər nazirlərinin Hamburqda keçiriləcək toplantısı çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini təsdiqləməkdən imtina edib.

Xalqİnfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Nalbəndyan bu gün keçirdiyi mətbuat konfransında Hamburqda nazirlərin görüşünün baş tutacağı haqda danışmağın hələ tez olduğunu, bunun "Bakının“davranışlarından asılı olacağını” deyib.

Bundan əvvəl Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Hamburq görüşünü “səbrsizlikl gözlədiyini” deyib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakının bu görüşə razılıq verdiyini açıqlayıb.

Lakin erməni nazir deyib ki, Bakının dedikləri “ziddiyətli xarakter” daşıyır: “Onlar bir tərəfdən görüşlərə hazır olduqlarını bildirirlər, digər tərəfdən həmsədrlərin bəyanatlarına qarşı çıxırlar”.

Sərkisyanın ardınca Nalbəndyan da görüşdən imtina edir:














Nalbəndyan qeyd edib ki, Hamburqda görüşün baş tuta biləcəyi haqda “həmsədrlərdən biri” danışıb. Bakıda isə bu görüşə hazır olduqlarını bildiriblər. Ermənistan xarici işlər nazirinin sözlərinə görə, Bakı mövqeyini müəyyənləşdirməlidir: “İndiki formatda danışıqların davam etməsini istəyirsə həmsədrlərin bəyan etdiyi hər üç prinsip, o cümlədən gücdən istifadənin və istifadə ilə təhdidin istisna edilməsi haqda danışmalıdır. İştirak xatirinə iştirak-danışıqların imitasiyasıdır. Bunu Vyana və Sankt-Peterburq görüşləri də göstərdi.Həmin görüşlərdə iştirak etdik, nə oldu? Bu günə qədər də əldə edilmiş razılaşmaları yerinə yetirməyiblər”-Nalbəndyan bildirib.

Nalbəndyan əlavə edib ki, o, Hamburqda həmsədrlərlə görüşəcək. Ancaq Azərbaycan xarici işlər naziri ilə görüşün baş tutacağını indidən deyə bilməz. “Görək həmsədrlər nə təklif edirlər”-o bildirib.

Xatırladaq ki, bundan əvvəl həmsədrlərin regiona səfəri zamanı Azərbaycan tərəfi prezidentlərin yeni görüşünə dair razılıq verib. Həmsədrlər Bakıda keçirdikləri mətbuat konfransında deyiblər ki, prezident Əliyev onlara Sərkisyanla görüşməyə hazır olduğunu deyib. Lakin daha sonra İrəvan bildirib ki, prezidentlərin yeni görüşü olmayacaq, çünki danışıqlar dondurulub.

Hazırda təmas xətti yaxınlığında hər iki tərəf irimiqyaslı döyüş təlimləri keçirir. Son vaxtlar cəbhədə vəziyyətin yenidən gərginləşməsi müşahidə olunur.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler