» » ABŞ səfiri Məzahir Pənahovla görüşdü

ABŞ səfiri Məzahir Pənahovla görüşdü

Bölmə: Siyasət, BLOK XƏBƏR
ABŞ səfiri Məzahir Pənahovla görüşdü
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, MSK sədri rəhbərlik etdiyi qurumun ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əlaqələrindən danışıb və bu əməkdaşlığın seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynadığını vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən ABŞ səfiri Robert Sekuta seçkilərin ölkə üçün əhəmiyyətini qeyd edərək, Milli Məclisə cari ildə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. Səfir həmçinin, köçkün seçicilərin səsverməsi ilə də maraqlanıb və bu qəbildən olan seçicilərin səsverməsinin təşkili sahəsində MSK tərəfindən görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Qonağın suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı gerçəkləşdirilmiş genişmiqyaslı tədbirlər, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler