Məxfi diplomatik əlaqələri bərpa ediblər- İsrail və TürkiyəXalqinfo.az xəbər verir ki, İyunun 22-də Romada İsrail və Türkiyəli diplomatlrın iki ölkə arasında münaqişənin aradan qaldırılması cəhdlərinə həsr olunmuş məxfi görüşü keçirilib. Söhbət bir ildən çox müddət sonra ilk belə görüşdən gedir, xəbəri İzrus saytı yayıb. XİN baş direktoru Dori Qold – baş nazir Binyamin Netaniyaqunun etibarlı şəxslərindən biri Romaya gedib, Türkiyəni isə “İsrail məsələsinin kuratoru”, xarici işlər nazirinin birinci müavini Feridun Sinirlioğlu təmsil edib. 2010-cu ildə Türkiyə və İsrailin pis münasibətləri Türkiyənin “Mavi Marmara” gəmisinin Qəzzə bölgəsində dəniz blokadasını yarmağa çalışmasından sonra kəskin münaqişə formasına keçib. Gəmi ələ keçirilərkən İsrail xüsusi təyinatlıları 9 Türkiyə vətəndaşını öldürüb. Gəminin daha 30 sərnişini və 10 İsrail hərbiçisi yaralanıb.musavat.com 2013-cü ildə İsrail Amerika rəhbərliyinin israrı ilə bu hadisəyə görə üzr istəyib. Amma Türkiyə tərəfi həlak olanların ailələrinə təzminat ödənilməsində israr edir, baxmayaraq ki, onlar soyuq silahla İsrail hərbiçilərinə hücum ediblər. İndiyədək, bu mövzudakı nəşrlərə əsasən, israil müəyyən “aralıq” varianta: həlak olan “fəalların” qohumlarına maliyyə dəstəyi üçün humanitar fond yaradılmasına razılıq ifadə edirdi. İsrail həmçinin “Mavi Marmara” gəmisindəki hadisəyə görə İsrail vətəndaşlarının məhkəmə təqibinə xitam verilməsinə çalışırdı. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|