» » "İsrail qondarma "erməni soyqırım"ını tanımaq niyyətində deyil"

"İsrail qondarma "erməni soyqırım"ını tanımaq niyyətində deyil"

Bölmə: Siyasət
"İsrail qondarma "erməni soyqırım"ını tanımaq niyyətində deyil""İsrail qondarma "erməni soyqırım”ını tanımaq niyyətində deyil"
Bu barədə trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bəzi İsrail siyasətçilərinin hökuməti qondarma "erməni soyqrımı”nı tanımağa çağırmasına münasibət bildirərkən deyib.

Səfir bildirib ki, İsrail demokratik ölkədir və hər kəsin bir deyil, bir neçə fikri ola bilər: “Hər bir insanın fərdi fikirləri var. Ancaq hökumətin aydın mövqeyi mövcuddur. Bu məsələyə gəlincə isə İsrail heç vaxt bunu tanımayacaq və tanımaq niyyətində də deyil”.

R.Harpaz əlavə edib ki, İsrailin xarici işlər naziri Adviqor Liberman hökumətin bu mövqeyini əvvəllər də bəyan edib.

İsrail ilə Türkiyə arasında müşahidə olunan soyuq siyasi münasibətlər məsələsinə gəlincə, səfir iki ölkə arasında siyasi əlaqələrin yaxşılaşacağına ümidvar olduğunu bildirib: “Bizim əməkdaşlığımız üçün kifayət qədər ümumi məsələlər və maraqlar mövcuddur. Burada "Türk Hava Yolları"nı misal gətirmək olar. "Türk Hava Yolları" İsraildə fəaliyyət göstərən ən böyük xarici aviaşirkətdir. Turizm, ticarət sahəsində də əməkdaşlıq artan xətt üzrə gedir. Ümid edirik ki, iki ölkə arasında siyasi münasibətlər də yaxşılaşacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler