» » “Ədalətsiz mövqe Olimpiya Oyunlarının ruhuna uyğun deyil”

“Ədalətsiz mövqe Olimpiya Oyunlarının ruhuna uyğun deyil”

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Ədalətsiz mövqe Olimpiya Oyunlarının ruhuna uyğun deyil”
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


“Xalqinfo” xəbər verir ki, Karin Ştrents xatirə hədiyyəsini dövlət başçısına təqdim edib.

Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu vurğulayan İlham Əliyev Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Almaniyaya səfərini və orada keçirdiyi görüşləri xatırlayıb.

Ştrents birinci Avropa Oyunlarının təşkilatçısı olmasının əhəmiyyətini vurğulayaraq ölkəsinin bu yarışları yaxından izləmək arzusunda olduğunu deyib.

İlham Əliyev Avropa Oyunları ərəfəsində ədalətsiz mövqe nümayiş etdirilməsinin Olimpiya Oyunlarının ruhuna və nizamnaməsinə uyğun olmadığını qeyd edib. Qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler