» » Prezident qəbul

Prezident qəbul etdi

Bölmə: Xəbər, BLOK XƏBƏR
Prezident qəbul Prezident İlham Əliyev martın 9-da Rusiya Federasiyası prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.

Xalqinfo.az-ın məlumatına görə, İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlət başçısına təqdim edib. Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib. O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirib və bu işdə ölkəmizə uğurlar arzulayıb.

Dövlət başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğuladı və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirib. Dövlət başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler