» » İlham Əliyev Rusiyaya səfər edəcək

İlham Əliyev Rusiyaya səfər edəcək

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev Rusiyaya səfər edəcəkTatarıstam prezidentinin səlahiyyətlərini icra edən Rüstəm Minnixanov Azərbaycana işgüzar səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb.

Virtualaz.org saytı xəbər verir ki, bu görüş barədə xəbəri və fotonu Tatarıstan mənbələri yayıblar.

Xəbərdə deyilir ki, görüşdə tərəflər elektron xidmətlərin göstərilməsi, neft-kimya sənayesi, gəmi tikintisi, avtomobil istehsalı və turizm sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Minnixanov prezident Əliyevi Tatarıstana cavab səfərinə dəvət edib. Azərbaycan prezidenti bu dəvəti qəbul edib və xəbərə əsasən İlham Əliyevin Rusiya Federasiyasının bu subyektinə səfəri iyun ayında baş tuta bilər. O, səfər zamanı Tatarıstanın innovativ infrastrukturu və investisiya obyektləri ilə tanış olmağı planlaşdırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler