» » Cəmil Çiçək Rusiyaya səfər etdi

Cəmil Çiçək Rusiyaya səfər etdi

Bölmə: Dünya
Cəmil Çiçək Rusiyaya səfər etdiTürkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Rusiya Federasiyasına rəsmi səfərə gedib.

apa-nın “Cihan” agentliyinə istinadən verdiyi xəbərə görə, C.Çiçək Moskvada Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko və digər rəsmi şəxslərlə görüşəcək.

Moskvadakı proqramını tamamladıqdan sonra C.Çiçək Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşəcək. O, Kazanda Tatarıstan prezidenti Rüstəm Minnixanov və Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxamedşin ilə görüşlər keçirəcək. TBMM ilə Tatarıstan Dövlət Şurası arasında Memorandum imzalanması gözlənilir. C. Çiçəyin Kazan Universitetində çıxışı da nəzərdə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler