Almaniyada erməni yalanlarına dair konfrans keçirilibBölmə: Siyasət
![]() Millət vəkili, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırım tədqiqatları” komissiyasının “Azərbaycanlılara qarşı soyqırım siyasəti” işçi qrupunun rəhbəri, professor Musa Qasımlının həmin toplantılarda arxiv mənbələri və sənədli mənbələr əsasında “Erməni iddiaları və ən mötəbər arxiv mənbələri əsasında gerçəklər” və “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar” mövzularında etdiyi məruzələr maraqla qarşılanıb. Professor çar Rusiyasının və sovet dövlətinin rəsmi sənədləri əsasında tarixdə “erməni soyqırımı” deyilən bir şeyin olmadığını, əslində soyqırımı erməni silahlı dəstələrinin və Ermənistanın törətdiyini vurğulayıb. Seminar və konfranslarda professor Hakkı Keskin “İngilislərin “Malta istintaqı”, Avropa İnsan Haqları Məhkəməsinin qərarı və erməni iddialarına qarşı lazım olan strategiyalar”, Almaniyadan doktor Əli Söləməzoğlu “1915-ci ildə Anadoluda nə oldu? Xarici mənbələr əsasında bir araşdırma” və “Erməni soyqırım iddialarına qarşı həqiqətləri necə müdafiə edə bilərik?” adlı maraqlı məruzələr ediblər. |
|