"Azərbaycan İsraili özünün strateji tərəfdaşı hesab edir"- Əli HəsənovBölmə: Siyasət, BLOK XƏBƏR
![]() trend-in İsrailin "Jerusalem Post" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan İsrail nümayəndə heyəti ilə görüşdə deyib. O qeyd edib ki, iki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək: “Azərbaycanın milli maraqlarına uyğun olaraq bizim dünyanın bütün ölkələri ilə, o cümlədən bir-biriləri ilə rəqabətdə olan ölkələrlə münasibətlərimiz var”. Buna misal olaraq, Ə.Həsənov Azərbaycanın ABŞ və Rusiya, İsrail və İran ilə əlaqələrini vurğulayıb. PA rəsmisi, həmçinin İsrailin tələbatı olduğu neftin 40 faizini Azərbaycandan aldığını qeyd edərək ölkənin coğrafi mövqeyinin də mühüm əhəmiyyət kəs etdiyini diqqətə çatdırıb. Ə.Həsənov əlavə edib ki, İsrail həm də Yaxın Şərqdə mühüm dövlət olduğuna və özünün inkişaf etmiş texnologiyalarına görə Azərbaycan üçün bu qədər vacib ölkədir. PA rəsmisi bildirib ki, İsrail və Azərbaycan müdafiə sahəsində də səmərəli əməkdaşlıq edir. Ə.Həsənov onu da vurğulayıb ki, Azərbaycanla İsrail arasında əməkdaşlığın bu cür inkişafı azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərdən irəli gəlir. Azərbaycanda yəhudi icmasının 2500 il tarixi olduğunu deyən şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanda 9 minə qədər yəhudi, İsraildə isə on minlərlə Azərbaycan yəhudisi yaşayır. İsrailin müsəlman ölkələri ilə əlaqələr yaratmasının vacibliyini qeyd edən PA rəsmisi deyib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan İsraillə yaxşı münasibətləri olan bir İslam ölkəsi kimi nümunə ola bilər. Ə.Həsənov əlavə edib ki, hansısa məsələlərdə İsraillə müsəlman ölkəlləri arasında anlaşılmazlıq olduğu halda belə, əməkdaşlıq etmək və münasibətlər qurmağın mümkün olduğu digər sahələr var. |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|