Azərbaycan Ordusu dünya orduları sırasında 50-ci yerdədirBölmə: Siyasət
Ermənistan 106 ölkənin yer aldığı siyahıya düşməyib Dünya ölkələrinin ordularının reytinqi açıqlanıb. apa-nın məlumatına görə, “Global Firepower” təşkilatının açıqladığı reytinq siyahısında 106 ölkə yer alıb. Siyahı hazırlanarkən ölkələrin nüvə potensialı nəzərə alınmayıb, orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyəti əsas götürülüb. Ümumilikdə 50 faktor əsasında tərtib olunan siyahıya ABŞ Ordusu başçılıq edir. İkinci yerdə Rusiyadır. İlk onluğun sıralaması isə belədir: Çin, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya. Azərbaycan siyahıda 50-ci yerdədir. Azərbaycan Ordusu 52-ci yerdə olan Belarusu, 64-cü yerdə olan Gürcüstanı və 80-ci yerdə olan Qazaxıstanı geridə qoyub. Ukrayna 21-ci yerdə qərarlaşıb. Ermənistan isə ümumiyyətlə siyahıya düşə bilməyib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|