Dünyanın ən güclü 11 ordusuBölmə: BLOK XƏBƏR
![]() 8-ci yerdə qərar tutan Türkiyə Silahlı Qüvvələrinin hərbi xərcləri bu il xeyli artacaq “Global Firepower” saytı hər il olduğu kimi bu il də dünyanın ən güclü orduları siyahısını paylaşıb. ANS PRESS-in məlumatını görə, 11 ölkənin yer aldığı siyahıda Türkiyə Silahlı Qüvvələrinin də adı var. Siyahıda kadr gücü, ölkənin ümumi iqtisadi gücü və strateji qaynaqlara yaxınlığı kimi bir çox amillər nəzərə alınıb. Sıralama aşağıdakı kimidir: 1. ABŞ ABŞ-ın müdafiə büdcəsi 612 milyard dollar səviyyəsindədir. Dünyadakı bütün digər ordulardan daha çox döyüş təyyarəsi olan ABŞ elektromaqnit güclə çalışan uzaqmənzilli silahlar kimi son texnologiyalara sərmayə qoyur. ABŞ-ın əlindəki ən böyük şərti üstünlük isə donanmasındakı təyyarə daşıyan gəmilərdir. ABŞ donanması tək başına 19 təyyarə daşıyan gəmiyə sahibdir, halbuki dünyadakı digər bütün ölkələrin ümumi təyyarə daşıyan gəmi sayı 12-dir. 2. Rusiya Kremlin müdafiə xərclərinin önümüzdəki üç ildə 44% artması gözlənilir. Rusiyanın müdafiə büdcəsi 76 milyard dollar səviyyəsindədir. 766 min aktiv kadrı olan Rusiya ordusunun 2 milyon 485 min ehtiyat kadrı var. Ölkənin qarşılaşdığı ən böyük müdafiə problemi isə gün keçdikcə köhnələn tanklarıdır. 3. Çin Çinin müdafiə xərcləri bir ildə 12% artmış vəziyyətdədir. Çin ordusunun 2 milyon 285 min aktiv kadrı var. Ehtiyatların sayı isə 2 milyon 300 mindir. Çin müdafiəyə 126 milyard dollar xərcləyir. 4. Hindistan Hindistan dünyanın ən böyük hərbi sursat idxalatçısıdır. Ölkənin müdafiə xərcləri 46 milyard dollar ətrafındadır. Hindistanın əlində Pakistan və Çini vura biləcək mənzilə sahib ballistik raketlər var. 5. İngiltərə İngiltərə 2018-ci ildə qədər silahlı qüvvələrinin miqyasını 20% azaltmağı planlaşdırır. Ölkənin müdafiə xərcləri 54 milyard dollara çatır. İngiltərə 40 təyyarə tutumlu yeni bir təyyarə daşıyan gəmisini 2020-ci ildə istifadəyə verməyi planlaşdırır. 6. Fransa Son olaraq Mərkəzi Afrika Respublikası, Mali və Liviyadakı hərbi əməliyyatlarda önə çıxan Fransa müdafiəyə ildə 43 milyard dollar xərcləyir. Ölkə illik milli gəlirinin 2%-ni silahlanmaya xərcləyir. 7. Almaniya İkinci Dünya müharibəsindən sonra döyüş əleyhdarı olan Almaniyanın yalnız müdafiəyə istiqamətli bir ordu qurmasına icazə verilmişdi. Yuqoslaviyanın dağılmasından sonra daha təsirli bir rol oynamağa başlayan Almaniya ordusunun illik xərcləri 45 milyard dollar səviyyəsindədir. Almaniyanın toplam 183 min əsgəri var. 8. Türkiyə Türkiyənin hərbi xərclərinin 2014-cü ildə 9,4% artması gözlənilir. Beynəlxalq sülh əməliyyatlarında rol oynayan Türkiyənin müdafiə büdcəsi 18,2 milyard dollardır. 9. Cənubi Koreya Şimal qonşusunun üzündən davamlı olaraq müdafiə xərclərinin artıran ölkənin müdafiə büdcəsi 34 milyard dollardır. Ölkədəki hərbi kadrların sayı 640 mindir. Ehtiyat kadr sayı isə 2 milyon 900 mindir. 10. Yaponiya Yaponiya 11 il fasilədən sonra ilk dəfə müdafiə xərclərini artırıb. 247 min kadrı olan Yaponiya silahlı qüvvələrinin ümumi xərcləri 49 milyard dollardır. 11. İsrail 2009-ci ildə silahlanmaya büdcəsinin 18%-ini xərcləyən İsrailin xərclərinin çoxu "Dəmir Qübbə" kimi müdafiə sistemlərinə gedir. İsrailin müdafiə xərcləri təxminən 15 milyard dollardır. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|