» » Biz neçə günlük matəm elan etməliyik, cənab?!

Biz neçə günlük matəm elan etməliyik, cənab?!

Bölmə: Siyasət
Biz neçə günlük matəm elan etməliyik, cənab?!“Dini inanc sistemini dağıtmaq üçün onun banisinin başından müqəddəslik haləsini çıxarmaq, onun gülünc obrazını yaratmaq ən kəsə yoldur”


Bir həftədir ki, dünyanın diqqəti bir məsələyə yönəlib - Fransanın “Çarli Hebdo” həfətlik satirik jurnalının 10 əməkdaşı və 2 polis nəfərinin jurnalın redaksiyasına silahlı basqın nəticəsində qətlə yetilriməsi.

Jurnalda Məhəmməd əleyhissəlamın karikaturası çəklib. Və belə çıxır ki, qanlı olay İslam terror qruplaşmalarından biri tərəfindən həyata keçirlib.

Dünya belə düşünür…

Fransa Prezidenti Fransua Olland üçgünlük matəm elan edir. Özünü başılovlu hadisə yerinə çatdıran Rusiya, Ukrrayna, İsrail, Fələstin dövlət rəsmiləri bu münasibətlə Parisdə keçirilən və minlərlə adamın iştirak etdiyi etiraz nümayişinə qoşulur. Televiziyalar göstərir, qəzetlər yazır, yenə aləm bir-birinə qarışır. Necə deyərlər, pişiyin könlü samanlıqda idi, it də vurdu saldı ora…

Amma…Elə bil bunu gözləyirmiş kimi dərhal hadisə yerində peyda olan Fransa Prezidenti jurnalın rəhbərliyinə demiir ki, axı Peyğəmbər sizə nə pislik edib ki, ona qarşı belə qəzəblisiniz? Cəmi üç il əvvəl Peyğəmbərin karikaturasını dərc etdiniz, ürəyiniz soyumadı? Redaksiyanızı yandırdılar, sizə bəs eləmədi? Bu tərslyiniz hardan qaynaqlanır? Bu, uzunqulaqlıq deyilmi?

Rusiyanın xarici işlər naziri Lavrov başına vurmur ki, bu terrorçular vur-tut on iki adam öldürüb, bəs biz niyə iyirmi birinci əsrdə orta əsr qaydası ilə ordu yeridib torpaq tutur, hər gün filan qədər ukraynalını qanına qəltan edirik? Bu, həyasızlıq deyilmi?

Ukrayna Prezidenti Poroşenko öz-özünə sual vermir ki, özümə umac ova bilmirəm, fransızlara niyə əriştə kəsirəm? Bu, gülməli deyilmi?

İsrailin baş naziri Benyamin Netanyahu yadına salmır ki, avropalılar yəhudiləri əsrlər boyu hər cür təzyiqə, kütləvi qırğınlara məruz qoyanda sığınacaq yerləri İslam dünyası olub. İndi İslam peyğəmbərini təhqir edənləri niyə dəstəkləyirəm? Bu, nankorluq deyilmi?

Gördüm yox, bunlardan özünə sual verən olmaz, nədən ki, özünə sual vermək üçün Hamlet olmaq, Hamlet olmaq üçün Şekspiri oxumaq lazımdır.

Və əgər bunlar oxumayıbsa, Fələstin rəhbəri Mahmud Abbas hardan oxuyacaq? Odur ki, ərəb liderinə özüm sual vermək qərarına gəldim. Özü də birini yox, bir neçəsini. “Ay Mahmud müəllim, niyə terrorun ancaq nəticəsini pisləyir, səbəbi haqda isə susursunuz? Bəyəm, milyardlarla insanın inanc yeri olan bir şəxsin karikaturasının çəkilməsinin özü mənəvi terror deyilmi? Bəs, mənəvi terrorçuların fitvasını niyə vermirsiniz? Bu, həddən artıq praqmatizm deyilmi?

Gördüm yox e, bundan da mənə kar aşmaycaq, dedim ən yaxşısı öz cavablarımdır…

***

Qərb dünyası bu gün Şərq, xüsusilə də İslam dəyərlərinə qarşı ardıcıl mənəvi terror aksiyası həyata keçirir. Özü də bunun kökü əsrlərin dərinliyindən gəlir: Peyğəmbəri cəhənnəmin səkkiznici qatında, çox təhqiamiz şəkildə təsvir edən Dantedən üzü bəri qərbin əli qələm tutanı Məhəmməd əleyhissəlamı aşağılamğa çalışıblar. Son on ildə isə bu cəhdlər xüsusilə intensiv şəkil almağa başlayıb.

Gəlin onların az bir qisminə nəzər salaq: əvvəlcə, Danimarka mətbuatı Peyğəmbərin karikaturasını verir, onu terrorizmi dəstəkləməkdə ittiham edir (2005); sonra Comedi Central Peyğəmbəri komik cizgi filminin qəhrəmanına çevirməyə çalışır (2007); sonra Isveç rəssamı Lars Vilks Peyğəmbərin təhqiramiz karikaturasını dərc etdirir (2008); daha sonra amerikan keşişi Qurani-Kərimi yandırır; ardınca fransız jurnalında peyğəmbərin karikaturası dərc olunur (2010); dünya müsəlmanlarının etirazlarından acığa düşən qərb rəssamları “dahiyanə” bir ideya qəbul edirlər – gəlin hər ilin bir gününü hamımız ancaq Məhəmmədin şəklini çəkək (Everybody draw Mohammed Day); ən nəhayət, bir neçə gün öncə, fransız jurnalı özünün anlamsız ədəbsizliyini bir daha təkrar edir. Görəsən, nə üçün?

Əvvəla, onu deyək monoteist dinlərin daşıyıcıları arasında ən qısqancı özünü ən tolerant sayan qərb-xristian sivilizasiyasıdır. Məhz onlar əsrlər boyu yəhudiləri ən adi insan hüquqlarından məhrum edib, onlarla sözün həqiqi mənasında faşist kimi davranıblar. Məhz onlar 200 il ərzində İslam dünyasına qarşı səkkiz dəfə “müqəddəs” səlib müharibəsi aparıblar. Və beləcə, istər özlərindən öncə, istərsə də sonra yaranan heç bir inanca hörmət bəsləməyiblər.

Qərbdə tarixi, dini-fəlsəfi, ədəbi islamofobiya (və məhəmmədofobiya) ənənəsinin formalaşmasında katolik Fransasının isə özəl payı var. Səlib yürüşünə ilk çağırış Papa II Urban tərəfindən məhz Fransada – Klermon şəhərində elan edilib. Fransız kralı IX Lüdovik səlib yürüşlərində Avropa hökmdarlarının hamısından daha çox canfəşanlıq göstərib. Fransız filosofu Blez Paskal özünün məşhur “Fikirlər” əsərində Məhəmməd əleyhissəlamı sapqın adlandırıb. Fransız yazıçısı Volter “Məhəmməd” pyesində İslam peyğəmbərini elə əcayib şəkildə təsvir edib ki, hətta tamaşaya baxan Napoleonun etirazına səbəb olub (Nəzərə alın ki, Napoleon fransız yox, korsikalı idi, bəziləri onun italyan, bəziləri ərəb, bəziləri hətta Qafqaz mənşəli olduğunu yazır). Fransız rəssamı Qustav Dore “Məhəmmədin cəhhənnəmdəki əzabı” illüstrasiyasını çəkib və sair və sair və sair…

Səlib yürüşləri bu gün də davam edir. Klassik səlib yürüşlərində topraqlar tutulurdusa, postmodern səlib yürüşündə beyinlər işğal olunur. Beyinlərin işğalı Qərb və Amerikanın çoxsaylı institutlarda hazırlanan mükəmməl proqramlar əsasında həyata keçirilir.

Və bu zaman iki əsas məsələyə xüsusi diqqət yetirilir:

-birinci, mənəvi terrora məruz qalan xalqın dini inanc sistemini dağıtmaq;

-ikincisi, mənəvi terrora məruz qalan xalqın milli qürur hissini öldürmək.

Yəni ümmət və milləti assimilyasiya etmək və sonra öz bildiyin kimi asanlıqla idarə etmək.

Ramolunmaz pələngin ağzına antidini yüyən vurmaq, belinə antimilli yəhər qoymaq.

Dini inanc sistemini dağıtmaq üçün onun banisinin başından müqəddəslik haləsini çıxarmaq, onun gülünc obrazını yaratmaq ən kəsə yoldur. Ağası gülüm olanın, başına külüm olar. Əla təlimatlandırılmlış qərb rəssam, jurnalist və kinematoqraflarının söz azadlığı adı altında Məhəmməd əleyhissəlamı karikatura qəhrəmanına çevirmək cəhdlərinin altında bu məkrli niyyət dayanır.

Çağdaş qərb səlibçiləri bununla kifayətlənməyib, hər hansı xalqı onun öz təmsilçiləri vasitəsilə terrora məruz qoyurlar. Quranı “şeytan ayələri” adlandıran Rüşdü, ermənilərdən “genosid” məsələsi ilə bağlı üzr istəyən Pamuk, amerikanı yer üzünün cənnəti elan Hüseyni kimi dəmirbaşlar bunun nəticəsində meydana çıxır. “Azadlıq” radiosu və onun antidini, antimilli ədəbi siyasətini formalaşdıran “Oxu zalı” məhz milli dəmirbaşlar yetişdirmək məqsədilə yaradılır. Ə.Əylisli məhz xaricdəki mənəvi qardaşlarına güvənib islam şəriətini nadanlıq, Azərbaycan xalqını “verzila” adlandırmağa cəsarət edir. G.Gəncalp məhz eyni maddi və mənəvi güvənc nöqtəsinə söykənib Şah İsmayıl (dini inanc və milli dövlətçilik kodlarının özündə birləşdirən yeganə Azərbaycan hökmdarı) haqda böhtan və təhqirlərlə dolu kitabını yazır. Bununla ürəyi soyumayıb eyni xarakterli kitabı Babək haqda da yazmağa qərar verir. Dini və milli kodları təhqir üstündə qurulan bir çox internet saytlar məhz bu məqsədlə açılır. Bu saytların müəllifləri arasından dini və milləti ən yaxşı söyənləri xaricdəki havadarları Avropaya aparır. Onların fəaliyyətinə qlobal meydan vermək üçün “Meydan” telekanalı yaradılır və sair.

İndi özünüz deyin, bütün bu çoxsaylı mənəvi terror aktalarından sonra biz neçə günlük matəm elan etməliyik, cənab Olland?!(qafqazinfo)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler