Rafiq Hüseynovun dəfn mərasimi təxirə salınıbBölmə: Mədəniyyət
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun sabaha planlaşdırılan vida və dəfn mərasimi təxirə salınıb. Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, xalq artistinin cənazəsinin Bakıya gətirilməsində texniki problemlər yaranıb: “Mənə məlumat verdilər ki, Almaniyada sənədləşdirmə işlərində problem yaranıb. Cənazə sabah Bakı vaxtı ilə 17:00-da Bakıya göndəriləcək”. Həyat yoldaşı əlavə edib ki, xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|