Xalq artistinin nəşi sabah Bakıya gətiriləcəkBölmə: Mədəniyyət
![]() Sabah xalq artisti Rafiq Hüseynovun nəşi Azərbaycana gətiriləcək. Bu barədə məşhur teleaparıcının xanımı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, diktorun cənazəsi Almaniya vaxtı ilə 17:00-da Bakıya göndəriləcək: “Rafiq Hüsyenovun nəşi Azərbaycana isə təxminən səhər saatlarında çatacaq. Dəqiq məlumatı sabah verə bilərik. İndi şərti olaraq deyə bilərəm ki, vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq”. |
|