“Muğamat var olan yerdə” adlı konsertBölmə: Mədəniyyət
[thumb=left]http://xalqinfo.az/uploads/posts/2016-11/1480504557_1480488295img-20161129-wa0006.jpg[/thum]Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində “Muğamat var olan yerdə” adlı xalq musiqisindən ibarət konsert keçirilib. "XalqInfo" xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konsert zamanı Filarmoniyanın foyesində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin incəsənət və musiqi məktəblərinin uşaqlarının hazırladığı rəsm əsərlərinin sərgisi təşkil olunub. Konsertdən əvvəl və sonda tamaşaçılar sərgiylə tanış olublar. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Konsertin iştirakçıları Muğam Televiziya Müsabiqəsinin Laureatı Təyyar Bayramov, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov və başqaları olublar. Konserti Muğam İnstrumental Ansamblı müşayiət edib Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|