» » “Sahil Bağı”nda sərgi keçirildi -

“Sahil Bağı”nda sərgi keçirildi - Fotolar

Bölmə: Mədəniyyət
“Sahil Bağı”nda sərgi keçirildi -
Səbail rayonunun mərkəzindəki “Sahil bağı”da Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə «Heydər Əliyev və Azərbaycan» mövzusunda rəsm müsabiqəsi keçirilib.

İH-dən “Xalqinfo”ya daxil olan xəbərə görə, rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 200-dən çox məktəbli, 100-dən çox gənc rəsam Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif güşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən müxtəlif rəsmlər çəkiblər.

Eyni zamanda parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun idarə, təşkilarlarının rəhbərləri, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzib, məktəblilərin çəkdikləri rəsmlər, parkdakı sərgi və burada yaradılan gül kompozisiyaları ilə tanış olmuş, iştirakçılarla səmimi söhbətlər ediblər.

“Sahil Bağı”nda sərgi keçirildi -
“Sahil Bağı”nda sərgi keçirildi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler