» » Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü

Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edildi

Bölmə: Sosial
Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü Nərimanov rayonunda oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edilib.


Tədbirin Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin deputatı Jalə Əliyeva, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, ziyalıların, rayon ictimaiyyətinin, fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ömür yolundan danışıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva vurğulayıb ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə möhürünü vurub.
Mənbə
Qafqazinfo
Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler