» » Bakıda yaz bayramı - Mertsişor qeyd edilib

Bakıda yaz bayramı - Mertsişor qeyd edilib

Bölmə: Mədəniyyət
Bakıda yaz bayramı - Mertsişor qeyd edilib
Azərbaycan Dillər Universitetində (ADU) Rumıniya və Moldovada qeyd olunan Bahar Günü - Mertsişor bayramı münasibətilə tədbir keçirilib.

Xalqinfo.az "Report" -a saytına istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən Əfqan Abdullayev bu bayramın Azərbaycanda ilk dəfə bu universitetdə qeyd olunduğunu vurğulayaraq, tədbiri əlamətdar adlandırıb.
O, Rumıniya və Moldova arasında sıx əlaqələrin olduğunu qeyd edib, bu ölkələrə uğurlar arzulayıb və bu ölkələrin səfirlikləri ilə birgə gələcəkdə universitetdə keçiriləcək tədbirlər barədə danışıb.
Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bu bayram haqqında danışaraq, onu Novruz bayramı ilə müqayisə edib. Onun sözlərinə görə, Mertsişor bayramı xalqların növbəti illə bağlı ümidlərini əks etdirir.
Moldovanın Azərbaycandakı səfiri George Leuke isə bu bayramın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib. O, Mertsişor ilə Novruz bayramını müqayisə edərək deyib ki, Moldovada 5 minədək azərbaycanlı yaşayır və onlar artıq bu bayrama hazırlaşmağa başlayıblar.
Qeyd edək ki, Mertsişor Rumıniya və Moldovada yazın qarşılanmasını əks etdirən ənənəvi bayramdır. Bayram martın 1-də qeyd olunur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler