Qurban bayramı başladıBölmə: MANŞET
Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı tətili başlayır. Xalqinfo.az-ın məlumatına görə, ölkəmizdə bu il Qurban bayramı oktyabrınn 4-də və 5-də qeyd edilir. Qurban bayramı İslamın iki əsas iki bayramından biridir. İkinci əsas bayram isə Ramazan bayramıdır. Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Bakının “Təzə Pir” məscidində bayram namazı oktyabrın 5-i səhər saat 9:00-da qılınacaq. Lakin oktyabrın 4-ü də bayram namazı qılına bilər. “İstənilən halda oktyabrın 4-ü “Təzə Pir” məscidində bayram namazı qılmaq istəyən olsa, onların da bayram namazı qılması üçün hər cür şərait yaradılacaq”, - deyə QMİ-dən bildirilib. Hər il olduğu kimi bu il də İslam dünyası Qurban bayramını fərqli vaxtlarda qarşılayır. Bayram bu il 3 fərqli günə təsadüf edir. Belə ki, bəzi ölkələr Qurban bayramını 4, bəziləri 5, bəziləri isə 6 oktyabrda qarşılayır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|